Kolumbiyada hərbi hissəyə hücum olub, 4 əsgər ölüb
Kolumbiyada hərbi hissəyə bomba yüklü pilotsuz uçuş aparatı (PUA) ilə hücum nəticəsində 4 hərbçi həyatını itirib, 5 nəfər yaralanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Şimali Santander departamentində yerləşən hərbi batalyona qarşı törədilib.
Məlumata görə, partlayıcı maddə daşıyan PUA hərbi obyektə hücum edib. Nəticədə 4 əsgər ölüb, daha 5 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.
Hücumun kim tərəfindən həyata keçirildiyi barədə məlumat verilməyib.
09:51 13.11.2026
Oxunuş sayı: 40