Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək avtoxuliqanlıq edən sürücü 45 sutka müddətinə inzibati qaydada həbs olunub.
Crossmedia.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bu barədə məlumat yayıb.
Məlumata görə, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan “QAZ-3110” markalı, 99-NE-294 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nəcəf Mehdiyev Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
İlkin araşdırma zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinə nəticəsində Nəcəf Mehdiyevin narkotik vasitə qəbul etdiyi müəyyən olunub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Nəcəf Mehdiyev 45 sutka inzibati qaydada həbs edilib, nəqliyyat vasitəsini idarəetmə hüququ isə 1 il müddətinə məhdudlaşdırılıb.
10:05 13.11.2026
Oxunuş sayı: 44