Türkiyədə Mustafa Sarıgül və ailəsi ilə bağlı istintaqda 19 nəfər hədəfdə
Türkiyədə siyasətçi Mustafa Sarıgül və ailəsi ilə bağlı çirkli pulların yuyulması iddiaları üzrə aparılan istintaq çərçivəsində daha 19 şübhəli haqqında saxlanılma qərarı verilib.
Crossmedia.az xəbər verir ki, “Yeni Şafak” bu barədə məlumat yayıb.
Məlumata görə, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində yeni əməliyyat keçirilib. Haqqında saxlanılma qərarı verilən 19 nəfərdən 15-i saxlanılıb, digər 4 nəfərin axtarışı davam edir.
İstintaq ölkə daxilində və xaricində yaradılmış şirkətlər vasitəsilə mənşəyi məlum olmayan böyük məbləğdə vəsaitlərin leqallaşdırılması iddiaları əsasında aparılır.
Daha əvvəl də istintaq çərçivəsində Mustafa Sarıgülün ailə üzvləri də daxil olmaqla bir sıra şəxslər barəsində hüquqi tədbirlər görülüb.
Mustafa Sarıgül isə daha əvvəl ona qarşı irəli sürülən ittihamları rədd edib.
İstintaq davam edir.
10:00 13.11.2026
Oxunuş sayı: 48