“Nvidia”nın sabiq rəhbəri casusluq qalmaqalına görə Konqresə çağırılıb
ABŞ-nin texnologiya nəhəngi “Nvidia”nın keçmiş baş direktoru Censen Huan (Jensen Huang) Çin casusluğu ilə bağlı iddialar fonunda Konqresdə ifadə verməyə razılıq verib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, amerikalı qanunvericilər Huanın Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibətlərinin ABŞ-nin milli təhlükəsizliyi üçün mümkün risklərini araşdırırlar.
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast Huanın Konqres üzvlərinin suallarını cavablandırmağa razılıq verdiyini bildirib.
Qeyd olunur ki, dinləmənin qapalı keçirilməsi nəzərdə tutulur. Konqres üzvləri Huanın ifadə verməkdən imtina edəcəyi təqdirdə onun məcburi qaydada çağırılması imkanını da nəzərdən keçiriblər.
Araşdırma çərçivəsində ABŞ-nin ticarət naziri Hovard Latnikin (Howard Lutnick) fəaliyyəti də diqqət mərkəzindədir.
Qanunvericilər “Nvidia”nın qabaqcıl süni intellekt çiplərinin Çinə ixracına tətbiq edilən nəzarət mexanizmləri və həssas texnologiyaların Çin şirkətlərinə ötürülməsi ilə bağlı qərarları araşdırırlar.
Bəzi Konqres üzvləri Latnikin bu məsələlərlə bağlı əlavə izahat verməsini tələb edirlər.
Censen Huanın Çin kəşfiyyatına məlumat ötürdüyü təsdiqlənməyib. Çin tərəfi casusluq iddialarını rədd edir.
10:19 13.11.2026
Oxunuş sayı: 42