Türkiyə millisinin futbolçusu heyətdən ayrılıb
Türkiyə milli futbol komandasının müdafiəçisi Ozan Kabak Belçika ilə oyunda aldığı sarı vərəqə səbəbindən cəzalı duruma düşərək millinin təlim-məşq düşərgəsini tərk edib.
Crossmedia.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) bu barədə məlumat yayıb.
Federasiyanın açıqlamasına əsasən, Belçika ilə qarşılaşmada sarı vərəqə alan Ozan Kabak növbəti oyunda iştirak hüququnu itirib.
Bu səbəbdən futbolçuya icazə verilib və o, milli komandanın düşərgəsindən ayrılıb.
11:44 13.11.2026
Oxunuş sayı: 32