BƏƏ-də 23 avtomobil toqquşub: 14 ölü, 30 yaralı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Füceyrə əmirliyində 23 nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində 14 nəfər həyatını itirib, 30 nəfər yaralanıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qəzada 18 minik avtomobili və 5 yük maşını toqquşub.
Ağır yol-nəqliyyat hadisəsi nəticəsində 14 nəfər ölüb, daha 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Qəzanın başvermə səbəbi barədə hələlik məlumat verilməyib.
11:48 13.11.2026
Oxunuş sayı: 33