Qəzada həyatını itirən 23 yaşlı Fəqan tələbə imiş
Bir neçə gün əvvəl Quba-Tüləkəran avtomobil yolunun Gültəpə kəndi ərazisindən keçən hissəsində baş verən qəzada həyatını itirən 23 yaşlı Fəqan Habil oğlu Ədilov Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 4-cü kurs tələbəsi olub.
Crossmedia.az xəbər verir ki, o, AƏSMA-nın maliyyə ixtisası üzrə təhsil alırdı.
Qeyd edək ki, qəza zamanı mərhumun qardaşı 21 yaşlı Nuray Ədilov isə xəsarətlər alıb.
Hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq aparılır.(Unikal.az)

10:54 13.11.2026
Oxunuş sayı: 43