Moskvada avtomobil partlayıb, sürücü yaralanıb
Rusiyanın paytaxtı Moskvada avtomobilin partlaması nəticəsində bir nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, Rusiya mediası bu barədə məlumat yayıb.
Hadisə şəhərin Kirovoqradskaya küçəsində qeydə alınıb.
Məlumata görə, avtomobildə baş verən partlayış nəticəsində nəqliyyat vasitəsinin sürücüsü yaralanıb.
Partlayışın başvermə səbəbi hələlik məlum deyil.
Hadisənin səbəbləri araşdırılır.
11:59 13.11.2026
Oxunuş sayı: 26