Trampdan İranla bağlı açıqlama: “Gələn həftə danışıqlar gözləyirəm”
ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasında yeni danışıqların yaxın vaxtlarda baş tuta biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp açıqlamasında İranla danışıqların artıq gələn həftə keçirilə biləcəyini qeyd edib.
ABŞ lideri, eyni zamanda, Tehranla bağlı hərbi addımların yenidən gündəmə gətirilməsi ehtimalını da daim nəzərdən keçirdiyini bildirib.
Məlumata görə, ABŞ və İran arasında növbəti dolayı danışıqlar raundunun sentyabrın 28-də keçirilməsi planlaşdırılır. Bu barədə “Axios” nəşri məlumat yayıb.
Danışıqların əsas mövzuları və tərəflər arasında əldə olunacaq mümkün razılaşmalarla bağlı əlavə məlumat verilməyib.
19:57 27.09.2026
Oxunuş sayı: 46