Kiyevdə hava həyəcanının müddəti rekord həddə yaxınlaşıb
Kiyevdə sentyabrın 27-də hava həyəcanının ümumi müddəti 13 saata yaxınlaşıb.
Crossmedia.az xəbər verir ki, “Strana.ua” bu barədə məlumat yayıb.
Məlumata görə, sutkanın əvvəlindən Kiyevdə hava həyəcanı dörd dəfə elan olunub. Onların ümumi müddəti təxminən 13 saat təşkil edib.
Bildirilib ki, Kiyevdə hava həyəcanlarının əvvəlki ən uzun ümumi müddəti 27 avqust 2026-cı ildə qeydə alınıb. Həmin gün şəhərdə 13 dəfə hava həyəcanı elan edilib və onların ümumi müddəti təxminən 14-15 saat olub.
Mənbənin məlumatına görə, sentyabrın 27-nə keçən gecə Rusiya qüvvələri logistika mərkəzlərinə, liman və nəqliyyat infrastrukturu obyektlərinə, kommunikasiya mərkəzlərinə, eləcə də Ukrayna Silahlı Qüvvələrinin maraqları üçün istifadə olunan dəniz gəmilərinə zərbələr endirib.
Hədəflər arasında “Vodafone” şirkətinin məlumatların emalı mərkəzinin də olduğu bildirilib.
21:40 27.09.2026
Oxunuş sayı: 50