Vuçiç Serbiya prezidentliyindən istefa verib
Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verib. O, gələcəkdə ölkənin baş naziri postuna namizədliyini irəli sürməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Pink” telekanalı Vuçiçin çıxışının stenoqramını yayımlayıb.
Vuçiç yenidən prezident seçildikdən sonra vəzifəsini tərk edib. Serbiya Konstitusiyasına əsasən, o, artıq dövlət başçısı postuna yenidən namizədliyini irəli sürə bilməz.
Daha əvvəl Vuçiç Serbiyanın baş naziri vəzifəsinə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Prezidentin səlahiyyətlərini müvəqqəti olaraq parlamentin – Xalq Skupşinasının sədri Ana Brnabiç icra edəcək.
Bundan bir gün əvvəl Vuçiç Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı istefa vermək niyyətində olduğunu bildirib.
Serbiya lideri uzun illər davam edən əməkdaşlığa görə Putinə təşəkkür edib və gələcək Serbiya prezidentlərinin də məsuliyyətli xarici siyasət yürüdəcəklərinə ümid etdiyini bildirib.
23:23 27.09.2026
Oxunuş sayı: 44