Miqrant axını Aİ-ni hərəkətə keçirdi: yeni mexanizm hazırlanır
Avropa İttifaqı ölkələri miqrant axınının kəskin artdığı hallarda tətbiq ediləcək yeni mexanizm yaratmağa hazırlaşır.
Crossmedia.az xəbər verir ki, “Bild” bu barədə məlumat yayıb. Məlumata görə, Aİ-nin 18 ölkəsinin nazirləri miqrasiya sahəsində kritik vəziyyətin müəyyən edilməsi üçün meyarları müzakirə ediblər.
Yeni mexanizm çərçivəsində kritik vəziyyət elan ediləcəyi təqdirdə miqrantların sürətləndirilmiş prosedurla ölkədən çıxarılması mümkün ola bilər. Eyni zamanda, böhranla üzləşən ölkəyə Frontex-in çevik reaksiya qüvvələrinin göndərilməsi nəzərdə tutulur.
Müzakirələrin əsas məqsədi Aİ ölkələrinin miqrasiya böhranlarına daha sürətli reaksiya verməsi üçün ümumi mexanizmin formalaşdırılmasıdır.
19:30 27.09.2026
Oxunuş sayı: 52