Tramp Hörmüzdən rekord həcmdə neft daşındığını bildirib
ABŞ Prezidenti Donald Tramp ötən gecə Hörmüz boğazından rekord həcmdə neft daşındığını bildirib.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Tramp İllinoys ştatına yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında neft daşınmasının ABŞ-nin İranla müharibəyə başlamasından əvvəlki göstəricilərdən daha yüksək olduğunu deyib. O, boğazdan dəqiq nə qədər neft daşındığını açıqlamayıb.
“Müharibə bitən kimi – bu isə yaxın vaxtlarda baş verəcək – neftin qiymətləri çökəcək və bütün qiymətlər aşağı düşəcək”, – Tramp bildirib.
ABŞ Prezidenti hazırda neftin qiymətinin Co Bayden administrasiyası dövründəkindən daha aşağı olduğunu da qeyd edib.
“Kpler”in məlumatına görə, sentyabrın 20-dən başlayan həftədə Hörmüz boğazından 33,7 milyon barel neft daşınıb. Ötən həftə isə boğaz vasitəsilə 49,2 milyon barel xam neft ixrac edilib.
“Reuters”in məlumatına görə, çərşənbə günü boğazdan təxminən 60 kommersiya gəmisi keçib və bu, iyulun əvvəlindən bəri ən yüksək gündəlik xam neft daşınması həcmi olub.
18:35 27.09.2026
Oxunuş sayı: 43