Qəzza şəhərinin mərkəzində PUA hücumu: Ölən və yaralananlar var
Qəzza zolağında gərginlik davam edir. İsrailə məxsus pilotsuz uçuş aparatının (PUA) Qəzza şəhərinin mərkəzində avtomobilə zərbə endirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, yerli mənbələrin məlumatına görə, hücum nəticəsində azı bir nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Məlumata əsasən, zərbə şəhərin mərkəzi hissəsində hərəkətdə olan avtomobilə endirilib. Hadisə yerinə təcili yardım və xilasedici qüvvələrin cəlb olunduğu bildirilib.
Hücumun detalları və itkilərin dəqiq sayı ilə bağlı əlavə məlumat verilmir.
Qəzza zolağında davam edən qarşıdurma fonunda bölgədə vəziyyət gərgin olaraq qalır.
19:49 27.09.2026
Oxunuş sayı: 49