İsrail Rəzainin İran Milli Təhlükəsizlik Şurasına təyinatını tənqid edib
İsrail Xarici İşlər Nazirliyi SEPAH-ın keçmiş komandanı Möhsün Rəzainin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edilməsini tənqid edib.
Crossmedia.az xəbər verir ki, İran mediası bu barədə məlumat yayıb.
İsrail tərəfi Rəzainin 1994-cü ildə Buenos-Ayresdə yəhudi icma mərkəzi AMİA-da törədilən terror aktında rolu ilə bağlı İnterpolun qırmızı bülletenində axtarıldığını bildirib. Həmin hücum nəticəsində 85 nəfər həlak olub.
İsrail XİN-in açıqlamasında İran hakimiyyəti terroru dəstəkləməkdə və terror aktlarının təşkilində şübhəli bilinən şəxsləri yüksək vəzifələrə irəli sürməkdə ittiham olunub.
17:35 10.08.2026
Oxunuş sayı: 36