Filippo: “Maşa və Ayı”nın qadağan olunması rusofobiyadır
Fransanın “Patriots” partiyasının lideri Florian Filippo “Maşa və Ayı” cizgi filminin nümayişinin qadağan edilməsini rusofobik isterika adlandırıb.
Crossmedia.az xəbər verir ki, Florian Filippo bu barədə sosial şəbəkədə paylaşım edib.
Filippo bildirib ki, rusofob mövqedə olan şəxslər getdikcə daha çox isterikaya qapılırlar və artıq cizgi filmlərinin qadağan edilməsini tələb edirlər.
“Rusofob "şahinlər" hər gün daha çox isterikaya qapılırlar! İndi isə onlar... cizgi filmlərini qadağan etmək istəyirlər”, – deyə o yazıb.
Fransalı siyasətçi istehza ilə qeyd edib ki, Fransada yaxın vaxtlarda parklarda “Rus dağları” adlı attraksionların bağlanmasını da tələb edən şəxslər tapılacaq.
16:46 10.08.2026
Oxunuş sayı: 46