İran XİN: ABŞ-yə etimadın sonu çatıb
İran Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan “Məkkə razılaşması”nın region ölkələrinin təhlükəsizlik məsələlərində ABŞ-yə etimadını itirdiyini göstərdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu barədə açıqlama verib.
Bəqai bildirib ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının İran əleyhinə razılaşma imzalamasından narahat olmaq üçün əsas yoxdur. Onun sözlərinə görə, İranın bu ölkələrlə dərin dini, tarixi və mədəni əlaqələri mövcuddur.
İran XİN sözçüsü qeyd edib ki, razılaşma region dövlətlərinin təhlükəsizlik məsələlərində ABŞ-nin vədlərinə arxalanmağın mümkün olmadığı qənaətinə gəldiyini və öz imkanlarına güvənmək qərarına gəldiyini göstərir.
Xatırladaq ki, avqustun 7-də Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə razılaşması” adlandırılan yeni üçtərəfli müdafiə sazişi imzalayıb.
17:45 10.08.2026
Oxunuş sayı: 38