Gürcüstanda mədəniyyət xadimləri rusofobiyada ittiham olunub
Gürcüstan parlament çoxluğunun lideri İrakli Kirtsxaliya ölkənin bir sıra mədəniyyət xadimlərini rusofobiyada və xarici maraqlara xidmət etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, Gürcüstan mediası bu barədə məlumat yayıb.
Kirtsxaliya bildirib ki, 2008-ci il müharibəsindən sonra bir sıra gürcü mədəniyyət xadimləri Rusiyada çıxış edib, lakin Ukraynadakı münaqişə başlayandan sonra onların mövqeyi kəskin şəkildə dəyişib.
O, “Suxişvili” ansamblının 2013-cü ildə Sankt-Peterburqda konsert verdiyini, dirijor Nikoloz Raçvelinin siyasətin Rusiyaya getməsinə mane olmadığını bildirdiyini, opera müğənnisi Paata Burçuladzenin isə 2012 və 2018-ci illərdə Rusiyada çıxış etdiyini qeyd edib.
Kirtsxaliya bu şəxslərin 2022-ci ildən sonra anti-Rusiya ritorikasına keçməsini tənqid edib.
17:49 10.08.2026
Oxunuş sayı: 37