Ermənistan parlamentində ilk dəfə Etika Komissiyası yaradılıb
Ermənistan parlamentində ilk dəfə deputatların davranışına nəzarət edəcək Etika Komissiyası yaradılıb. Komissiyada hakim “Mülki Müqavilə” fraksiyasından 5, “Güclü Ermənistan”dan 3, “Ermənistan” fraksiyasından isə 2 deputat təmsil olunacaq. Müxalifət fraksiyaları da komissiyanın yaradılmasını dəstəkləyib.
Crossmedia.az xəbər verir ki, komissiya deputatlara mövcud qaydalar çərçivəsində intizam tədbirləri tətbiq edə biləcək.
Tədbirlər şifahi xəbərdarlıqdan deputatın 7 günədək iclaslardan uzaqlaşdırılmasına qədər dəyişə bilər. Daha yüngül pozuntular zamanı isə komissiya deputatdan davranışına görə üzr istəməsini tələb edə bilər.
17:16 10.08.2026
Oxunuş sayı: 34