Moldova Rusiyadakı səfirini geri çağırıb
Moldova Rusiyadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Crossmedia.az xəbər verir ki, Moldova Xarici İşlər Nazirliyi bu barədə Telegram kanalında məlumat yayıb.
Qərar avqustun 9-da Moldova ərazisinə PUA-nın düşməsi və partlamasından sonra qəbul edilib.
Moldova XİN hadisəni ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.
17:38 10.08.2026
Oxunuş sayı: 38