Tramp İranın təklifini rədd etdi: Hörmüz boğazı ilə bağlı kritik qərar
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazını açmaq və hərbi əməliyyatları yeddi gün dayandırmaq təklifini rədd edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” amerikalı rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp İranın əldə olunacaq razılaşmalara əməl edəcəyinə şübhə ilə yanaşır. İranın təklifinə əsasən, müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə Hörmüz boğazının yeddi gün ərzində açılması və danışıqların bərpa olunması nəzərdə tutulurdu.
Hörmüz boğazının açılması Yaxın Şərqdə enerji və gəmiçilik marşrutları baxımından mühüm əhəmiyyət daşıyır. İranın təklifi ABŞ-a vasitəçilər vasitəsilə çatdırılıb.
13:50 26.09.2026
Oxunuş sayı: 43