Ərdoğan: “Türkiyə Qərb və Şərq arasında seçim etməyəcək”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici siyasətində balanslı yanaşmanı davam etdirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Ərdoğan Türkiyənin vətəndaşlarını Qərb və Şərq arasında seçim qarşısında qoymayacağını açıqlayıb.
Türkiyə lideri qeyd edib ki, ölkəsi eyni zamanda NATO daxilində mövqelərini gücləndirir, Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığı genişləndirir və İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətində fəal iştirak edir.
Ərdoğanın sözlərinə görə, Türkiyə müxtəlif beynəlxalq platformalarda iştirakını davam etdirərək öz maraqlarına uyğun çoxşaxəli xarici siyasət yürüdür.
Qeyd edək ki, Türkiyə NATO üzvü olmaqla yanaşı, son illərdə regional və qlobal təşkilatlar çərçivəsində də diplomatik və iqtisadi əməkdaşlıq əlaqələrini inkişaf etdirir.
15:06 26.09.2026
Oxunuş sayı: 39