Rusiyada PUA hücumu: Məktəb, evlər və müəssisələr zərər gördü
Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Rostov vilayəti və Krasnodar diyarına hücum etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Rusiya mənbələrinin məlumatına görə, Rostov vilayətində hücumlar nəticəsində yaşayış binaları, sənaye obyektləri, məktəb və mədəniyyət sarayına ziyan dəyib.
Bildirilib ki, Azov şəhərində 4 nəfər, Taqanroq şəhərində isə 1 nəfər xəsarət alıb.
Krasnodar diyarının Severski rayonunda isə iki müəssisədə yanğın baş verdiyi açıqlanıb. Region rəhbərliyinin məlumatına görə, hadisə nəticəsində ölənlərin olduğu bildirilib.
Hadisə ilə bağlı ərazilərdə operativ xidmətlərin fəaliyyət göstərdiyi və nəticələrin araşdırıldığı qeyd olunub.
12:36 26.09.2026
Oxunuş sayı: 38