BMT sessiyasında diqqətçəkən görüş: Fidan və Əraqçi eyni masada
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, görüş BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub.
Tərəflər beynəlxalq gündəmdə olan məsələlər, regional proseslər və iki ölkə arasındakı münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Türkiyə və İran rəsmiləri mütəmadi olaraq regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və diplomatik məsələlərlə bağlı təmaslar həyata keçirirlər.
15:17 26.09.2026
Oxunuş sayı: 40