Bakı limanında 7 ayda 72 min TEU-dan çox konteyner aşırılıb
"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı Beynəlxalq Dəniz Limanında bu ilin yanvar-iyul aylarında 72 min TEU-dan çox konteyner aşırılıb.
Bu barədə Crossmedia.az-a səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin 7 ayının göstəricisi 20 % çoxdur.
Analoji dövrdə Limanda quru yüklər üzrə də müsbət dinamika qeydə alınıb. Belə ki, 7 aylıq dövrdə 1,4 milyon tondan çox quru yük aşırılıb ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 82 % yüksəkdir.
Ümumilikdə bu ilin yanvar-iyun dövründə Limanda 4,8 milyon tondan çox yük aşırılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.
17:21 10.08.2026
Oxunuş sayı: 33