Azərbaycanın İndoneziyadakı səfirliyi Anım Günü ilə əlaqədar tədbir keçirib
Azərbaycanın İndoneziyadakı səfirliyi Cakartada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Azərbaycan səfirliyi 27 sentyabr - Anım Günü ilə əlaqədar Cakartadakı "Panti Asuhan Putera Setia" uşaq evində tədbir keçirib. Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən azərbaycanlı şəhidlərin xatirəsinə həsr olunub", - məlumatda bildirilib.
16:31 26.09.2026
Oxunuş sayı: 36