Pezeşkian Xamenei ilə 7 saatlıq görüş keçirib
İran Prezidenti Məsud Pezeşkian ali lider Muctəba Xamenei ilə yeddi saat davam edən görüş keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, İran mediası bu barədə məlumat yayıb.
Pezeşkian danışıqların “çox məhsuldar” keçdiyini bildirib.
Onun sözlərinə görə, görüşdə milli birliyin və ictimai həmrəyliyin qorunması, iqtisadi problemlərə daha çox diqqət yetirilməsi və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması məsələləri müzakirə olunub.
17:26 10.08.2026
Oxunuş sayı: 37