13:43 28.09.2026
Türk İnvestisiya Fondu Almatı hava limanının yenilənməsini maliyyələşdirəcək
72
Türk İnvestisiya Fondu (TİF) “Bank of America” (BofA) tərəfindən təşkil olunmuş 670 milyon dollar məbləğində maliyyələşdirmə çərçivəsində 20 milyon dollaradək vəsait ayıraraq Mərkəzi Asiyanın ən böyük hava limanının modernləşdirilməsini dəstək verib. Belə ki, TİF Qazaxıstandakı Almatı Beynəlxalq Hava Limanının beynəlxalq maliyyələşdirilməsinə qoşulub.
Crossmedia.az xəbər verir ki, bu barədə Türk İnvestisiya Fondu məlumat yayıb.
Məlumata görə, TİF-in ayırdığı maliyyə vəsaiti “Bank of America” (BofA) tərəfindən təşkil edilmiş maliyyələşdirmə çərçivəsində hava limanının investisiya proqramını, uçuş zolaqları və aerodrom infrastrukturunun inkişafını, yükdaşıma imkanlarının genişləndirilməsini, əməliyyat dayanıqlığının və ekoloji göstəricilərinin yaxşılaşdırılmasını dəstəkləyəcək.