Rusiya dizel yanacağının ilk partiyasını Dikson limanından göndərib
Aleksandr Novak Rusiya dizelinə Avropada maraq olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Rusiyanın baş nazirinin müavini Aleksandr Novak ilk dizel yanacağı tankerinin Dikson limanından yola salındığını açıqlayıb. O, bu barədə Marina Kimə “Solovyov Live” efirində müsahibəsi zamanı danışıb.
Novakın sözlərinə görə, Rusiya Avropa istehlakçılarının ölkənin enerji resurslarına maraq göstərdiyini müşahidə edir.
Oktyabrın 9-da Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Tramp söhbət zamanı Rusiyadan dizel yanacağının tədarükü məsələsinin müzakirə edildiyini bildirib. Onun sözlərinə görə, razılaşma çərçivəsində Rusiya yaxın vaxtlarda ABŞ-yə 300 min tondan çox dizel yanacağı, noyabrda isə beynəlxalq bazarlara 500 min ton yanacaq göndərməlidir. Daha sonra əlavə olaraq 1 milyon ton xammalın ixracı nəzərdə tutulur.
Lakin bu həftə bir qrup ABŞ konqresmeni Rusiya ilə ABŞ arasında “dizel razılaşması”nın qarşısını almağa yönəlmiş qanun layihəsi təqdim edib. Sənəddə Rusiyanın enerji sektoruna investisiyaların qadağan edilməsi, ABŞ Maliyyə Nazirliyinin ümumi lisenziyalarının ləğvi, yeni icazələrin verilməsinin qadağan olunması və ABŞ administrasiyasının Rusiya energetikasına qarşı sanksiyalar tətbiq etməsinin məcburi xarakter alması təklif edilir.
Bundan əvvəl Novak Avropa İttifaqının dizel razılaşması ilə bağlı tənqidlərinə cavab vermişdi.
23:06 17.10.2026
Oxunuş sayı: 62