Rusiya ordusu Odessa limanına gedən quru yük gəmisini vurub
Rusiya Müdafiə Nazirliyi Qara dənizdə Odessanın limanına doğru hərəkət edən quru yük gəmisinə zərbə endirildiyini açıqlayıb. Rusiya tərəfinin iddiasına görə, gəmi Ukrayna Silahlı Qüvvələrinin təchizatı üçün nəzərdə tutulan yükləri daşıyıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hərbi əməliyyat barədə “Telegram” kanalında məlumat yayıb.
Qurumun bildirdiyinə görə, gəmidə Ukrayna Silahlı Qüvvələrinin təminatı üçün nəzərdə tutulan yüklər olub.
Xatırladaq ki, bundan əvvəl Rusiya ordusunun Kiyevə gecə hücumu zamanı Ukraynanın “Datagroup” adlı böyük məlumat mərkəzinin məhv edildiyi bildirilib. Həmçinin “Flamingo” raketlərinin və uzaqmənzilli zərbə dronlarının komponentlərinin yığıldığı “Fire Point” şirkətinin logistika mərkəzinin də vurulduğu iddia olunub.
Oktyabrın 16-da Rusiya Prezidenti Vladimir Putin ölkənin sənaye və enerji obyektlərinə hücumlara cavab olaraq Ukraynanın hərbi-sənaye kompleksinə və logistika mərkəzlərinə kütləvi zərbələrin davam etdirilməsi barədə göstəriş verib.
19:40 19.10.2026
Oxunuş sayı: 55