Husilərin hücumlarından əvvəl Səudiyyə Ərəbistanı əhalini xəbərdar etməyib
Səudiyyə Ərəbistanı husilərin Ər-Riyad hava limanına endirdiyi dörd zərbədən əvvəl əhaliyə xəbərdarlıq yaymağı dayandırıb. Həmin hücumlar nəticəsində azı 18 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Qərbli rəsmilərin sözlərinə görə, Səudiyyə Ərəbistanı hakimiyyəti sakinlərin şikayətlərindən sonra əvvəlcədən yayılan xəbərdarlıqların əhali üçün həddindən artıq narahatlıq yaratdığını düşünüb.
Hökumət xəbərdarlıqların yayımını dayandırmasının səbəbini açıqlamayıb. Bununla belə, oktyabrın 12-də xəbərdarlıqların yenidən yayımlanmasına başlanılıb.
21:43 13.10.2026
Oxunuş sayı: 43