Epşteyn haqqında həqiqətlər - Vəhşi Qərbin iç üzü
Son günlər bütün dünya mediasının gündəmində Ceffri Epşteyn məsələsi dayanır. 2025-2026-cı illərdə ABŞ Ədliyyə Nazirliyi tərəfindən “Epstein Files Transparency Act” çərçivəsində milyonlarla səhifə sənəd (3 milyondan çox səhifə, 2000-dən artıq video və 180 min şəkil) açıqlanıb. Bu sənədlər Epşteynin qadın ticarəti şəbəkəsi, qurbanları, tanınmış şəxslərlə əlaqələri, elektron məktubları, səyahət qeydləri və digər detalları əhatə edir. Açıqlamalar qlobal rezonans doğurub, lakin çox vaxt yanlış şərh olunur, şişirdilir və ya dezinformasiya kimi yayılır – xüsusilə sosial mediada. İnsanlar bu sənədlərdən çıxarılan nəticələri şişirdərək "müştəri siyahısı", "cinayət ortaqları" kimi təqdim edir, halbuki əksər hallarda sadəcə tanışlıq, görüş və ya dolayısı əlaqə qeyd olunur.
Ceffri Epşteyn kim idi?
Ceffri Epşteyn 20 yanvar 1953-cü ildə Nyu-Yorkun Bruklin rayonunda anadan olub. Kollec dərəcəsi olmasa da, peşəkar həyatına Manhettendə Dalton məktəbində müəllimliklə başlayıb. Məktəbdən qovulduqdan sonra bank və maliyyə sektoruna daxil olub, Bear Stearns-də müxtəlif vəzifələrdə çalışıb və nəhayət öz investisiya şirkətini yaratmışdı. O, elit sosial dairələrdə geniş əlaqələr qurub, çoxsaylı qadın və gəncləri öz işlərinə və çevrəsinə cəlb edirdi. Epstein müəllimlik, bankçılıq və maliyyə sektorlarında uzun illər çalışmışdı. Sonradan çox zəngin və nüfuzlu bir iş adamına çevrildi. Öz adına yaratdığı fondlar vasitəsilə bir çox universitetə, tədqiqat mərkəzinə və xeyriyyə təşkilatına böyük məbləğdə ianələr etmişdi. Lakin 2005-ci ildə Floridada 14 yaşlı bir qız uşağına qarşı cinsi istismar iddiası ilə polis tərəfindən istintaqa cəlb olunması onun adının qalmaqallarla hallanmasına səbəb oldu. Epstein 2008-ci ildə, onlardan biri 18 yaşından kiçik olmaqla iki gənc qızı fahişəlik məqsədilə istismar etməkdə təqsirli bilinmişdi. Mübahisəli bir razılaşma (non-prosecution agreement) nəticəsində o, cəmi 13 ay həbs cəzası almışdı (çox hissəsi ev həbsi şəklində). 2019-cu ildə isə Floridada və Nyu-Yorkda azyaşlılara qarşı cinsi zorakılıq və seks ticarəti ittihamları ilə yenidən həbs olundu. Elə həmin il Manhettendə yerləşən Metropolitan Həbsxanasındakı kamerasında özünü asaraq intihar etdiyi bildirildi. Bununla belə, 66 yaşında və seks ticarəti ittihamı ilə məhkəməni gözlədiyi bir vaxtda ölən amerikalı maliyyəçinin ölümünün əsl səbəbi ilə bağlı müxtəlif konspirasiya nəzəriyyələri mövcuddur. Epşteynin intihar etdiyi təcridxanada təhlükəsizlik kamerasının olmaması da məsələnin ziddiyyətini artıran faktorlardandır.
Epşteyn işi nədir?
İctimaiyyətdə “pedofiliya adası” kimi tanınan Epşteyn adası ABŞ Vircin Adalarında yerləşən və Epşteynin şəxsi cənnəti olduğu iddia edilən Little Saint James və Great Saint James adlı iki adadan ibarətdir. İddialara görə, bu ərazi Epstein-in beynəlxalq seks ticarəti şəbəkəsinin mərkəzi olub.
Epstein-in 2019-cu ildə Manhettendəki həbsxana kamerasında intihar etməsindən sonra adalar əvvəlcə ABŞ Vircin Adaları hökuməti ilə Epstein-in mülkiyyəti arasında hüquqi mübahisəyə səbəb oldu. Nəhayət, tərəflər razılığa gəldi və adaların satışa çıxarılmasına qərar verildi. 2023-cü ilin may ayında bu iki ada milyarder Stiven Deckoff tərəfindən 60 milyon dollara satın alındı. Özəl kapital şirkəti Black Diamond Capital Management-ın qurucusu olan və on ildən artıqdır ki, ABŞ Vircin Adalarında yaşayan Deckoff hazırda bu ərazidə 25 otaqlı, beşulduzlu lüks kurort tikdirir.
Epsteynin uşaqlara qarşı cinsi istismar şəbəkəsinin əsas fiquru isə uzun illər münasibətdə olduğu partnyoru Ghislaine Maxwell hesab olunur. İddialara görə, Epstein adından yetkinlik yaşına çatmayan qızları tapıb gətirən şəxs də məhz Maxwell olub. Maxwell yetkinlik yaşına çatmayan şəxslərlə seks ticarəti də daxil olmaqla irəli sürülən altı ittihamdan beşində təqsirli bilinərək həbs edilib. ABŞ-ın Nyu-York Cənub Dairəsi üzrə Prokurorluğu Ghislaine Maxwell-in on il ərzində Jeffrey Epstein ilə birlikdə çoxsaylı yetkinlik yaşına çatmayan qızların cinsi istismarı və istismarını əhatə edən planlarda roluna görə 240 ay (20 il) həbs cəzasına məhkum edildiyini açıqlayıb. Maxwell hazırda Floridada yerləşən Federal Correctional Institution həbsxanasında saxlanılır.
İşin digər mühüm adı Epsteynin şəxsi pilotu olduğu iddia edilən Nadya Marçinko (və ya Nada Marcinkova)dır. 2001-ci ildə, cəmi 15 yaşı olarkən, Epstein tərəfindən Slovakiyadan ABŞ-yə gətirildiyi düşünülən Marçinko, digər qurbanların ifadələrinə görə Epstein tərəfindən “seks köləsi” adlandırılıb. Marçinko eyni zamanda Aviloop LLC adlı şirkətin qurucusudur. Bəzi mənbələrə görə, onun Epstein-in adasına sərnişin daşıyan təyyarəni idarə edib-etmədiyi məlum deyil. Son yayımlanan sənədlərdə adı Epstein-in istismar şəbəkəsi ilə əlaqələndirilən Marçinko haqqında, sənədlər açıqlandıqdan sonra onun ortadan yoxa çıxdığı bildirilir.
Epşteyn işində adı çəkilən məşhurlar
ABŞ-də azyaşlı qızlara qarşı cinsi istismar şəbəkəsi qurmaqda ittiham olunan və məhkəməni gözlədiyi vaxt həbsxanada intihar edən amerikalı milyarder Jeffrey Epstein işi ilə əlaqəli şəxslərin adları açıqlanıb.
Açıqlanan adlar arasında ABŞ-nin keçmiş prezidentlərindən Bill Clinton, Britaniya Kral Ailəsinin üzvü Şahzadə Andrew, David Copperfield, Donald Trump və məşhur müğənni Michael Jackson da yer alır.
ABŞ Federal Dairə Hakimi Loretta Preska Epstein işi çərçivəsində məhkəmə qeydlərində adı keçən və indiyədək yalnız “John və Jane Doe” (naməlum şəxs) kimi tanınan təxminən 200 nəfərin adlarının gizli saxlanması üçün hüquqi əsas olmadığına qərar verdikdən sonra bu adlar ictimaiyyətə açıqlanıb.
ABŞ mediasının məlumatına görə, məhkəmə sənədlərində Bill Clinton-un adı “Doe 36” kimi qeyd olunub. Məhkəmə qeydlərinə əsasən, Epstein tərəfindən cinsi istismara məruz qaldığını bildirən Johanna Sjoberg ifadəsində müğənni Maykl Ceksonu Epşteynin Palm Beach-dəki malikanəsində gördüyünü, eyni məkanda məşhur sehrbaz David Copperfield ilə də tanış olduğunu deyib.
Məhkəmə sənədlərində adı keçənlər arasında ABŞ Prezidenti Donald Tramp da var. Lakin Sjoberg ifadəsində Trampa masaj etmədiyini bildirib. Trampa Epştein işi ilə bağlı hər hansı ittiham irəli sürülməyib.
Siyahı “müştəri siyahısı” deyil
Sosial mediada açıqlanan bu siyahının “Jeffrey Epstein-in müştəriləri və ya cinayət ortaqlarının siyahısı” olduğu iddia olunur. Lakin siyahıda adı keçən şəxslərin böyük əksəriyyəti ilə bağlı hər hansı istintaq aparılmır. Siyahıda yer alan bəzi adlar: Ghislaine Maxwell, Virginia Lee Roberts Giuffre, Kathy Alexander, Miles Alexander, James Michael Austrich, Philip Barden, Cate Blanchett, David Boies, Laura Boothe, Evelyn Boulet, Rebecca Boylan, Joshua Bunner, Naomi Campbell, Carolyn Casey, Paul Cassell, Sharon Churcher, Bill Clinton, David Copperfield, Alexandra Cousteau, Cameron Diaz, Leonardo DiCaprio, Alan Dershowitz, Dr. Mona Devanesan, Bradley Edwards, Amanda Ellison, Cimberly Espinosa, Annie Farmer, Marie Farmer, Alexandra Fekkai, Crystal Figueroa, Anthony Figueroa, Louis Freeh, Eric Gany, Meg Garvin, Sheridan Gibson-Butte, Robert Giuffre, Al Gore, Ross Gow, Fred Graff, Philip Guderyon, Shannon Harrison, Stephen Hawking, Victoria Hazel, Brittany Henderson, Brett Jaffe, Michael Jackson, Carol Roberts Kess, Dr. Karen Kutikoff, Peter Listerman, George Lucas, Tony Lyons, Bob Meister, Jamie A. Melanson, Lynn Miller, Marvin Minsky, David Mullen, Joe Pagano, Mary Paluga, J. Stanley Pottinger, Joseph Recarey, Michael Reiter, Jason Richards, Bill Richardson, Sky Roberts, Scott Rothstein, Forest Sawyer, Doug Schoetlle, Kevin Spacey, Cecilia Stein, Mark Tafoya, Brent Tindall, Kevin Thompson, Donald Trump, Ed Tuttle, Emma Vaghan, Kimberly Vaughan-Edwards, Cresenda Valdes, Anthony Valladares, Maritza Vazquez, Vicky Ward, Jarred Weisfeld, Courtney Wild, Bruce Willis, Daniel Wilson, Şahzadə Andrew və s.
Virginia Giuffre, Epstein-in Florida, Nyu-York, Vircin Adaları və Nyu-Meksikodakı evlərində cinsi istismara məruz qaldığını bildirərək məhkəməyə müraciət edən onlarla qadından biridir. Giuffre iddia edir ki, Epstein onu İngiltərə şahzadəsi Andrew da daxil olmaqla, ətrafındakı məşhur kişilərlə cinsi əlaqəyə məcbur edib. Giuffre-nin Ghislaine Maxwell-ə qarşı qaldırdığı dava 2017-ci ildə yekunlaşıb. Lakin Miami Herald qəzeti əvvəlcə möhürlənmiş sənədlərə çıxış əldə etmək üçün məhkəməyə müraciət edib. Təxminən 2 min səhifəlik sənədlər üzərindəki məxfilik 2019-cu ildə məhkəmə qərarı ilə ləğv edilib.
Epstein işi zamanı adı gündəmə gələn, lakin cinayətlərdə iştirak etmədiyi bildirilən digər şəxslərin şəxsi həyatının qorunması ilə bağlı narahatlıqlar səbəbindən bu adlar üzərində uzun müddət məxfilik qərarı qüvvədə saxlanılmışdı.
Epşteyn işində azərbaycanlılar
Bu məsələ bir neçə gündür ki, dünya gündəmindədir və sosial media platformalarında çox sürətlə tirajlanır. Hansısa səbəbdənsə bəzi qrup və media qurumları əsassız faktlarla Azərbaycanın adını da məsələdə çəkir. İstər Vahid Ələkbərovun (Lukoil rəhbəri), istərsə də Elmar Məmmədyarovun (keçmiş XİN) və digər ictimai-siyasi xadimlərin adı. Məsələ çox açıq və aydındır. Epşteyn adasına getmək istəyən bir neçə xarici dövlət nümayəndələri Azərbaycana gələrək burada bir sıra görüşlər keçirib, buradan isə Epşteynlə əlaqələr saxlayıblar. Bu hadisə “Epşteyn sənədlərində Azərbaycan amili” başlıqları ilə tirajlanaraq artır, içərisində isə mənasız söz yığınlarından istifadə olunub. Maraqlısı da odur ki, heç bir fakt və əsas yoxdur. Məlumatları yayan əsas baza ABŞ Ədliyyə nazirliyidir. Bu mənada məlumatların yayılması zamanı ilkin mənbələrə diqqət etmək lazımdır.
Son açıqlamalarda Azərbaycanın adı dolayısı şəkildə keçir: məsələn, Epstein-in 2005-ci il pasport qeydlərində İstanbul-Bakı-Kabul marşrutu planlaşdırılıb (lakin baş tutub-tutmadığı məlum deyil); bəzi elektron məktublarda Bakıdan bəhs olunur (məsələn, Sultan Bin Sulayem ilə yazışmalarda); Humpty Dumpty İnstitutunun (HDİ) nümayəndə heyətinin Bakıda görüşləri (Elmar Məmmədyarov, Rəbiyət Aslanova, Jalə Əliyeva, Ziya Məmmədov və s. ilə) qeyd olunur. Lakin bunlar diplomatik/lobbi fəaliyyəti kontekstindədir – cinayət və ya istismar şəbəkəsi ilə birbaşa əlaqə sübutu yoxdur. Vahid Ələkbərovun adı isə heç bir yeni sənəddə cinayət kontekstində keçmir.
Epşteyn məsələsi dünya üçün yaxşı nümunə oldu. O mənada nümunə oldu ki, Epşteyn adasında adı çəkilən insanların “elitar nümayəndələr”in əksəriyyəti dünyaya mədəniyyətdən car çəkən, insanlıqdan “dərs deyən” qərb nümayəndələri, liderləridir. Maraqlıdır ki, bu hadisə şərqdə baş versə idi, Epşteynin adı “Məhəmməd” olsa idi bütün xristian dünyası ayağa qalxmış, şərqi, müsəlmanları topa atəşə tutmuşdu. Amma indi bütün dünya susur.
15:22 04.02.2026
Oxunuş sayı: 1073