Merkel: Danışıqlar olmasaydı, bu gün Ukrayna mövcud olmaya bilərdi
Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiya ilə aparılan danışıqların səhv olduğunu düşünənləri Rusiya-Ukrayna müharibəsinin ilk illərindəki vəziyyəti xatırlamağa çağırıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, keçmiş kansleri sözlərinə görə, 2015-ci ildə Rusiya Ukraynanı tamamilə ələ keçirməyə yaxın idi və həmin vaxt atəşkəsə və ya hər hansı razılaşmaya nail olmaq üçün danışıqlar aparmaq zəruri idi.
Merkelin sözlərinə görə, bu gün Vladimir Putinlə istənilən danışıqları səhv hesab edənlər həmin dövrdəki beynəlxalq vəziyyəti nəzərə almalıdırlar.
“Əgər indi sadəcə olaraq Putinlə nə vaxtsa danışmağın səhv olduğunu deyirlərsə, mən yalnız bunu söyləyə bilərəm: bildiyimə görə, həmin danışıqlar olmasaydı, bu gün tanıdığımız Ukrayna ümumiyyətlə mövcud olmaya bilərdi”, – deyə Merkel bildirib.
O, siyasi müzakirələrdə iştirak edən şəxsləri həmin dövrə qayıdaraq o vaxtkı beynəlxalq vəziyyət barədə yenidən düşünməyə çağırıb.
19:27 14.11.2026
Oxunuş sayı: 116