Türkiyədə tanınmış sənətçinin qızı siyasətə atıldı
Türkiyənin tanınmış müğənnilərindən mərhum Adnan Şensesin qızı Arzum Şenses siyasətə qatılıb.
Crossmedia.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, Arzum Şenses noyabrın 14-də Muğlanın Bodrum rayonunun Yalıkavak məhəlləsində keçirilən tədbirdə hakim Ədalət və İnkişaf Partiyasına (AK Parti) üzv olub.
Onun partiyaya üzvlük nişanını AK Partinin Dənizli millət vəkili, Türkiyə Böyük Millət Məclisinin keçmiş qrup sədr müavini Cahit Özkan təqdim edib.
Tədbir AK Parti Baş Qərargahının Təşkilat İdarəsi tərəfindən təşkil olunan “Türkiyə Yüzılı Görüşləri” proqramı çərçivəsində baş tutub. Görüşdə AK Parti Bodrum rayon təşkilatının sədri Seha Ergene və partiya nümayəndələri də iştirak ediblər.
Seha Ergene Arzum Şensesin partiyaya qoşulmasından məmnunluğunu ifadə edərək ona uğurlar arzulayıb. O, bu münasibətlə mərhum sənətçi Adnan Şensesi də yad edib.
23:42 14.11.2026
Oxunuş sayı: 71