Mertsin Ukrayna planı Aİ-də narazılıq yaratdı: Altı ölkə etiraz edir
Almaniya kansleri Fridrix Merts Ukraynaya maliyyə yardımının davam etdirilməsi üçün Avropa İttifaqı ölkələrinə təzyiq göstərir. O, üzv dövlətlərin bu öhdəliyi qəbul etməyəcəyi təqdirdə Aİ-nin növbəti yeddiillik büdcəsini bloklamaqla hədələyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Lenta.ru” nəşri məlumat yayıb.
Məlumata görə, Merts Avropa İttifaqı Şurasının rəhbəri Antonio Koştaya ünvanladığı məktubda Ukraynaya maliyyə dəstəyinin 2027-ci ildən sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb. Kanslerin təklifi yardımın 2028-2034-cü illəri əhatə edən Aİ-nin çoxillik büdcəsinə daxil edilməsini nəzərdə tutur.
Bu təşəbbüs bir sıra Avropa ölkələrinin etirazına səbəb olub. Bolqarıstan, Macarıstan, Çexiya, Slovakiya, Sloveniya və İrlandiya təklifə qarşı çıxıblar.
Slovakiyanın Baş naziri Robert Fitso Merzin mövqeyini şantaj kimi qiymətləndirib və ölkəsinin də Aİ büdcəsinə veto qoymaq hüququna malik olduğunu xatırladıb. Çexiyanın Baş naziri Andrey Babiş isə Ukraynaya yardım məsələsinin Avropa İttifaqının ümumi büdcəsi ilə əlaqələndirilməsinə qarşı çıxıb.
Məlumata əsasən, mübahisənin əsas səbəblərindən biri Ukraynaya ayrılacaq vəsaitin Aİ-nin digər maliyyə prioritetlərinə, o cümlədən kənd təsərrüfatı və regional inkişaf fondlarına təsir göstərə bilməsidir.
22:54 14.11.2026
Oxunuş sayı: 81