Tramp İranla müharibənin başa çatdığını açıqladı
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin faktiki olaraq başa çatdığını bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat yayıb.
Bununla belə, hərbi əməliyyatların intensivliyi azalsa da, ABŞ münaqişəyə hər ay 2–3 milyard dollar xərcləməyə davam edir.
Konqresin Büdcə İdarəsinin məlumatına görə, oktyabrın 16-na olan vəziyyətə əsasən, müharibənin ABŞ üçün ümumi xərci 47,1 milyard dollara çatıb.
Bundan başqa, İranın zərbələri nəticəsində ABŞ-ın hərbi obyektlərinə dəyən zərərin 65 milyard dolları ötdüyü qiymətləndirilir.
Qeyd edək ki, Pentaqonun açıqladığı 47,1 milyard dollarlıq xərc hesablamasına ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına dəymiş ziyan daxil edilməyib.
18:54 14.11.2026
Oxunuş sayı: 115