Azərbaycanın qış turizmi Türkiyədə gündəm olub
Azərbaycan Türkiyə vətəndaşları üçün vizasız səyahət imkanı, müasir xizək mərkəzləri və fərqli büdcələrə uyğun istirahət şəraiti ilə qış turizminin cəlbedici istiqamətlərindən birinə çevrilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” nəşrində dərc olunan məqalədə bildirilib.
Məqalədə qeyd olunur ki, xüsusilə Qusar rayonundakı Şahdağ və Qəbələdəki Tufandağ turizm mərkəzləri xarici turistlərin diqqətini cəlb edir. Bu məkanlarda xizək və snoubordla yanaşı, kanat yollarından, qar motosikletlərindən və digər qış əyləncələrindən istifadə etmək mümkündür.
Nəşr yazır ki, Türkiyə vətəndaşları Azərbaycana 90 günədək vizasız səfər edə bilirlər. Bu amil ölkəni Avropanın bahalı xizək kurortlarına alternativ axtaran turistlər üçün də cəlbedici edir.
Məqalədə, həmçinin Şahdağda 2027-ci ildə beynəlxalq qış idman yarışlarının keçirilməsinin planlaşdırıldığı vurğulanır.
22:09 14.11.2026
Oxunuş sayı: 87