Paşinyan Hindistan XİN rəhbəri ilə regional məsələləri müzakirə edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarla ikitərəfli münasibətləri və regional prosesləri müzakirə edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş Hindistanın paytaxtı Yeni Dehlidə baş tutub.
Paşinyan Kambocada keçiriləcək Frankofoniya sammitində iştirak etmək üçün səfərə yollanarkən Yeni Dehlidə qısa müddətə dayanıb və Hindistanın xarici siyasət idarəsinin rəhbəri ilə görüşüb.
Ermənistan Baş nazirinin Ofisinin yaydığı məlumata görə, tərəflər Ermənistan-Hindistan arasında çoxşaxəli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş zamanı ikitərəfli münasibətlərin yüksək səviyyəsi və intensiv xarakteri vurğulanıb, qarşılıqlı faydalı əlaqələrin ardıcıl şəkildə inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.
Paşinyan və Cayşankar, həmçinin regionda baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
21:23 14.11.2026
Oxunuş sayı: 98