Ukraynalı tarixçi Kallasın danışıqlarını lağa qoydu
Ukraynalı tarixçi Marta Havryşko, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Aİ adından Ukrayna ilə bağlı danışıqlar aparmaq istəyinə istehza ilə yanaşıb.
Crossmedia.az xəbər verir ki, o, Kallasın bəyanatını öz sosial media səhifəsində şərh edib.
“Avropa ilə sülh danışıqlarını hələ başlamamış necə dəfn etmək olar? Çox sadə. Avropadakı təmsilçiniz kimi, Rusiyanın heç bir qanuni təhlükəsizlik marağının olmadığını fəxrlə bəyan edən bir qadını təyin edin”, – deyə tarixçi yazıb.
Qeyd edək ki, Kallas Aİ-nin Ukrayna ilə bağlı danışıqlar qrupuna qoşulmaq arzusunu ifadə etmişdi. O, Rusiya tərəfinin bunu istəməyəcəyini etiraf etsə də, mövcud institutların varlığına diqqət çəkərək deyib: "Bu isə o deməkdir ki, Avropa amerikalılardan fərqli olaraq heç bir institusional rolu olmayan istənilən şəxsi sadəcə olaraq danışıqlara göndərə bilməz".
23:53 14.11.2026
Oxunuş sayı: 63