Şərif ölkəsinin iqtisadi gələcəyi ilə bağlı iddialı proqnoz verdi
Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin iqtisadi inkişaf tempini sürətləndirərək dünyanın ən böyük iqtisadiyyatları sırasına daxil ola biləcəyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir ABŞ-nin investisiya bankı “Goldman Sachs”ın proqnozunu dərc edib.
Həmin proqnoza əsasən, Pakistan 2075-ci ilədək dünyanın altıncı ən böyük iqtisadiyyatına çevrilə bilər.
Lakin Şərif bu hədəfə daha tez çatmağın mümkün olduğunu düşünür. O, Pakistanın 2050-ci ilədək dünyanın altı ən böyük iqtisadiyyatından biri olacağına ümid etdiyini bildirib.
20:00 14.11.2026
Oxunuş sayı: 105