Trampın Putin və Si Cinpinlə görüşünün gündəliyi bəlli olub
ABŞ Prezidenti Donald Trampın noyabrın 19-da Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı Ukrayna müharibəsinin nizamlanması məsələsini müzakirə etməyi planlaşdırmadığı bildirilib.
Crossmedia.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, liderlərin Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində mümkün üçtərəfli görüşündə əsas müzakirə mövzusu ABŞ-ın İrana qarşı müharibəsi olacaq. Bununla belə, Moskva və Pekin hələlik görüşün keçiriləcəyini təsdiqləməyib.
Tramp Rusiya və Çin liderləri ilə nüvə silahlarının tərksilahı məsələsini də müzakirə etmək istəyir. Lakin Ağ Evdə Si Cinpin və Putinin belə bir müzakirəyə hazır olub-olmadığına şübhə ilə yanaşırlar.
İran müharibəsi Vaşinqtonla Pekin arasındakı münasibətləri də gərginləşdirib. Münaqişə Çinin Tehranla iqtisadi əlaqələrinə mənfi təsir göstərib. Eyni zamanda, ABŞ Çini İrana hərbi dəstək verməkdə şübhəli bilir.
CNN-ə danışan ABŞ diplomatik dairələrindəki mənbə mümkün görüşlə bağlı gözləntiləri belə ifadə edib:
“Biz hər hansı razılaşmanın əldə olunacağını gözləmirik. Mən bunu başlanğıc nöqtəsi kimi xarakterizə edərdim”.
19:09 14.11.2026
Oxunuş sayı: 122