Emojilər dəbdəbəli aksesuara çevrildi: Yapon brendindən 860 dollarlıq çanta
Yaponiyanın “Doublet” geyim brendi məşhur emojiləri qeyri-adi aksesuara çevirib. Şirkət emosiyaları əks etdirən üz ifadələri formasında çantalar hazırlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni kolleksiyaya gülən, ağlayan, təəccüblənən və digər emosiyaları ifadə edən emojilər formasında çantalar daxildir.
Aksessuarların dizaynında gündəlik rəqəmsal ünsiyyətdə geniş istifadə olunan simvollardan ilham alınıb.
Kolleksiyanın ən diqqətçəkən xüsusiyyətlərindən biri qiymətidir. Çantaların satış qiyməti 860 dollar təşkil edib.
Beləliklə, gündəlik mesajlaşmanın ayrılmaz hissəsinə çevrilən emojilər bu dəfə bahalı moda aksessuarı kimi təqdim olunub.
22:34 14.11.2026
Oxunuş sayı: 88