Kuba ABŞ ilə müharibəyə hazırlaşır
Kuba ABŞ-nin mümkün hərbi müdaxiləsinə qarşı müdafiə hazırlıqlarını gücləndirir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel ölkənin Boyeros bələdiyyəsində keçirilən müdafiə tədbirləri zamanı bildirib.
Onun sözlərinə görə, ABŞ siyasətçilərinin və rəsmilərinin Kubaya qarşı hərbi əməliyyat keçirilməsi ilə bağlı təkrarlanan bəyanatları ölkəni müdafiə hazırlıqlarını artırmağa vadar edib.
Dias-Kanel qeyd edib ki, Kuba istənilən xarici hərbi təcavüz cəhdinə qətiyyətlə cavab verməyə hazırlaşır. Bu məqsədlə ölkədə sülh dövründə hərbi vəziyyət üçün nəzərdə tutulan idarəetmə mexanizmləri işə salınıb, əhalinin müdafiə hazırlığı intensivləşdirilib.
Prezidentin sözlərinə görə, adada hər həftə ümumxalq müdafiə təlimləri keçirilir. Bu tədbirlərə hərbçilər, yerli hakimiyyət orqanlarının nümayəndələri və mülki əhali cəlb olunur. Təlimlər zamanı silahlı qarşıdurma baş verəcəyi təqdirdə görüləcək tədbirlər məşq edilir
21:36 14.11.2026
Oxunuş sayı: 103