Bolqarıstan Ukraynaya maliyyə və hərbi yardımı dayandırır
Bolqarıstan Ukraynaya əlavə maliyyə və hərbi yardım göstərməyi dayandırmaq qərarına gəlib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Rumen Radev bildirib.
Onun sözlərinə görə, Sofiya Kiyevə əlavə vəsait ayırmağı və Bolqarıstan ordusunun ehtiyatlarından silah-sursat göndərməyi planlaşdırmır. Baş nazir qərarı büdcə məhdudiyyətləri və ölkənin öz müdafiə resurslarını qorumaq zərurəti ilə izah edib.
Bununla belə, Bolqarıstan Ukraynaya digər istiqamətlərdə dəstəyini davam etdirəcək. Bu çərçivədə ölkəyə elektrik enerjisinin tədarükü, enerji və dəmir yolu infrastrukturunun bərpasına yardım, eləcə də ukraynalı ailələrə dəstək nəzərdə tutulur.
20:32 14.11.2026
Oxunuş sayı: 134