14:30 11.11.2026
Azərbaycanda vergi və gömrük güzəştləri ilə bağlı AÇIQLAMA
110
Azərbaycanda vergi və gömrük güzəştlərinin məbləği kifayət qədər böyükdür.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bütün vergi və digər güzəştlər hökumət tərəfindən təsdiq edilmiş metodologiyaya uyğun olaraq qiymətləndirilir: “Bu məqsədlə Maliyyə Nazirliyi tərəfindən müvafiq portal yaradılıb. Portal vasitəsilə güzəştlərin fiskal və iqtisadi təsirləri müxtəlif parametrlər üzrə qiymətləndirilir, nəticələr ümumiləşdirilərək güzəştlərin məqsədəuyğunluğu barədə rəylə birlikdə Nazirlər Kabinetinə təqdim olunur".