Azərbaycanın 2027-ci il büdcə siyasətinin əsas istiqamətləri açıqlanıb
2027-ci ildə Azərbaycanda büdcə siyasəti bir neçə istiqamətdə həyata keçiriləcək.
Crossmedia.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - 2027-ci ilin büdcə zərfinin müzakirəsində bildirib.
"Bunlar, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyalar və innovasiyaların tətbiqinin genişləndirilməsi, təhsil və səhiyyə sektorlarının inkişafının dəstəklənməsi, fiskal intizam qorunmaqla büdcə qaydasına əməl edilməsi, büdcə xərclərinin dövlət xəzinədarlığı vasitəsilə ünvanlı və səmərəli icra edilməsi, real sektorun inkişafının sürətləndirilməsi və s.-dir", - deyə o qeyd edib.
11:20 04.11.2026
Oxunuş sayı: 63