Türkiyə lirəsi tarixi minimuma düşüb: Dollar 50 lirəni keçib
Türkiyənin milli valyutası dəyər itirməkdə davam edir. ABŞ dollarının məzənnəsi ilk dəfə 50 lirə həddini keçərək tarixi maksimuma yüksəlib.
Crossmedia.az xəbər verir ki, Türkiyənin “Ekonomim” işgüzar qəzeti bu barədə məlumat yayıb.
Məlumata görə, noyabrın 2-də dolların məzənnəsi 50 lirə həddini keçib. Noyabrın 4-də isə bir ABŞ dolları təxminən 50,02 Türkiyə lirəsi səviyyəsində ticarət olunub.
Milli valyutanın ucuzlaşması fonunda avro da bahalaşıb. Avronun məzənnəsi 56 lirəni ötüb.
Türkiyədə valyuta bazarındakı dəyişikliklər qlobal iqtisadi proseslər, inflyasiya göstəriciləri və investorların gözləntiləri fonunda baş verir.
Son məlumatlara əsasən, ölkədə illik inflyasiya oktyabrda 29,8 faiz səviyyəsinə yüksəlib.
11:14 04.11.2026
Oxunuş sayı: 210