Paytaxtda 16 mərtəbəli binada yanğın baş verib
Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb, sakinlər təxliyə olunub
Bu barədə Crossmedia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.
Yanğın nəticəsində binanın şaxtasında elektrik naqilləri və zirzəmi hissəsində elektrik lövhəsi yanıb.
11:25 04.11.2026
Oxunuş sayı: 56