İrandan şok açıqlama: 4 tanker məhv edilib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında dörd neft tankerinin dəniz minalarına düşərək məhv olduğunu, daha iki gəminin isə saxlanıldığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, İranın “ISNA” və “Tasnim” agentlikləri bu barədə SEPAH-ın açıqlamasına istinadən məlumat yayıblar.
Bildirilib ki, tankerlər Hörmüz boğazının cənubunda qadağan olunmuş dəniz marşrutundan keçməyə çalışarkən minalara düşüblər.
SEPAH-ın məlumatına görə, partlayışlar nəticəsində dörd tanker məhv olub və gəmilərdə yanğın davam edir.
İran hərbçiləri hərəkət qaydalarını pozduğu bildirilən daha iki gəminin saxlanıldığını da açıqlayıblar.
Bundan başqa, SEPAH ABŞ-yə məxsus MQ-9 tipli pilotsuz uçuş aparatının Hörmüz boğazı üzərində vurulduğunu iddia edib.
Açıqlamaya əsasən, pilotsuz uçuş aparatı noyabrın 4-də yerli vaxtla saat 04:30-da hava hücumundan müdafiə sistemi vasitəsilə vurulub.
Tankerlərin adları, hansı ölkələrə məxsus olması və hadisə nəticəsində mümkün insan tələfatı barədə məlumat verilməyib.
Qeyd edək ki, İran tərəfinin tankerlərin məhv edilməsi və ABŞ pilotsuz uçuş aparatının vurulması ilə bağlı iddiaları müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.
11:30 04.11.2026
Oxunuş sayı: 59