Qalibaf: İran bölgədə yad qüvvələrin iştirakı olmadan təhlükəsizlik sisteminin tərəfdarıdır
İran region ölkələrinin xarici hərbi qüvvələrin iştirakı olmadan təhlükəsizliyi təmin edə biləcəyi yeni regional əməkdaşlıq mexanizminin yaradılmasını dəstəkləyir.
Crossmedia.az xəbər verir ki, “Anadolu” agentliyi İranın xarici işlər naziri Abbas Əraqçının açıqlamasına istinadən bu barədə məlumat yayıb.
Nazir bildirib ki, Tehranın əsas məqsədi təhlükəsizlik məsələlərinin region dövlətləri tərəfindən müstəqil şəkildə həll edilməsidir.
“Məqsədimiz elə yeni regional təhlükəsizlik razılaşmalarına nail olmaqdır ki, onların icrasını region ölkələri heç bir xarici hərbi iştirak olmadan, müstəqil şəkildə təmin etsinlər”, – deyə Əraqçı vurğulayıb.
İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf da daha əvvəl xarici qüvvələrdən asılı olmayan regional təhlükəsizlik sisteminin yaradılmasının tərəfdarı olduğunu bildirib.
Qalibafın fikrincə, region ölkələrinin öz imkanlarına əsaslanan əməkdaşlığı uzunmüddətli sabitliyin təmin edilməsində mühüm rol oynaya bilər.
09:47 04.11.2026
Oxunuş sayı: 57